Özbəkistan-Azərbaycan
Dostluq Cəmiyyəti mədəni əlaqələrə
töhfə verəcək
İyunun 17-də Daşkənddəki Nizami adına Pedaqoji Universitetdə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin növbəti iclası keçirilib.
İclasda Özbəkistan Prezidenti Aparatının mədəniyyət məsələləri üzrə məsul şəxsi Qaffar Mirzoyev, Özbəkistandakı Dostluq Cəmiyyətləri Şurasının sədri, akademik Saidaxror Qulamov, Nizami adına Pedaqoji Universitetin rektoru Şövkət Şaripov, Özbəkistandakı Mədəniyyət Mərkəzləri Assosiasiyasının rəhbəri Nasiraddin Maxomadiev, ölkəmizin Daşkənddəki səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iştirak edib.
Toplantıda Nizami adına Pedaqoji Universitetin rektoru Şövkət Şaripov Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin yeni sədri, universitetin professoru Erkin Nuriddinov qurumun icraçı direktoru seçilib.
Heydər
Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək iki qardaş ölkə
arasında mədəni və elmi əlaqələrin
inkişafı, ali məktəblər və
elm müəssisələri arasında təcrübə
mübadiləsi, birgə konfrans və
seminarların təşkili, qarşılıqlı
konsert, teatr, mədəni
proqramların reallaşdırılması ilə bağlı
təkliflərini səsləndirib. Şövkət Şaripov fəaliyyəti müddətində
Özbəkistan-Azərbaycan mədəni əlaqələrinin
inkişafına töhfə verəcəyini, bu
yöndə müxtəlif tədbirlərin həyata
keçiriləcəyini bildirib.
Mədəniyyət.- 2013.- 19 iyun.-
S. 3.